Almaniya kansleri Olaf Şolts Ukrayna xalqına dəstək elan etməklə başqalarını aldadır, əslində isə yalnız bir nəfəri dəstəkləyir.
Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə kiyevli jurnalist Diana Pançenko bildirib.
Belə ki, bir gün əvvəl Şolts Kiyevə gəlib və orada Vladimir Zelenski ilə danışıqlar aparıb. Görüşdən sonra Almaniya kansleri Rusiya prezidenti Vladimir Putinə müraciət edərək bildirib ki, Berlin lazım olduğu müddətdə Ukrayna xalqını dəstəkləyəcək.
Kiyevli jurnalist isə öz növbəsində Olaf Şoltsu Ukrayna xalqının fikri ilə maraqlanmadığına görə qınayıb.
“Siz Ukrayna xalqını dəstəkləmirsiniz. Yalnız şəxsən diktator Zelenskini dəstəkləyirsiniz. İnsanlar isə ona nifrət edirlər”, - Pançenko bildirib.
O, həmçinin qeyd edib ki, Zelenski hakimiyyətdə nə qədər çox qalsa, Ukrayna bir o qədər kiçikləşir.
E.ŞİRİNOV