Türkiyənin Dənizli ətrafında şəhərlərarası avtobusun yük maşını ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
“Didimdən Alanyaya sərnişin daşıyan 60 yaşlı sürücünün idarə etdiyi şəhərlərarası sərnişin avtobusu yanacaqdoldurma məntəqəsindən çıxaraq yük maşınına çırpılıb”, - məlumatda bildirilir.
Qəzanın qurbanının Bolqarıstan vətəndaşı olduğu dəqiqləşdirilir. Zərərçəkmiş 20 nəfərdən üçünün vəziyyəti ağır qiymətləndirilir və onlar xəstəxanalara çatdırılıb.
E.ŞİRİNOV