Gürcü muzdlu Temur Eliava beynəlxalq axtarışa verilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Donetsk Xalq Respublikasının (DXR) prokurorluğu məlumat yayıb.

“Donetsk Xalq Respublikasının Prokurorluğu 37 yaşlı Gürcüstan vətəndaşı Temur Eliavaya qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib. O, beynəlxalq axtarışa verilib və məhkəmə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçib”, - məlumatda bildirilir.

Müstəntiqlərin fikrincə, Eliava 2022-ci ilin martında Ukraynaya gəlib və burada Gürcüstan Milli Legionuna qoşulub. Muzdlu tərəfindən alınan mükafatın məbləği 2,3 milyon rubldan çox ekvivalentdir. Cinayət işi mahiyyəti üzrə baxılması üçün DXR Ali Məhkəməsinə göndərilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN