Fələstinin radikal HƏMAS hərəkatı və İordan çayının qərb sahilində böyük rol oynayan Fəth partiyası münaqişənin sona çatmasından sonra Qəzza zolağının idarə olunması üçün razılığa gəliblər.

Tezadlar.az xəbər verir ki, bu barədə “AFP” danışıqların adı açıqlanmayan iştirakçılarına istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Qahirədə aparılmış danışıqlardan sonra saziş layihəsini bəyəniblər. Sənədə əsasən, 10-15 nəfərin daxil olacağı komitə humanitar yardım, təhsil, səhiyyə, iqtisadiyyat və münaqişə başa çatdıqdan sonra Qəzza zolağının yenidən qurulmasına cavabdeh olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN