Abxaziya parlamentinin deputatları Rusiyanın hüquqi şəxslərinin Abxaziya ərazisində investisiya layihələrinin həyata keçirilməsinə dair hökumətlərarası Abxaziya-Rusiya sazişinin ratifikasiyasının əleyhinə səs veriblər. İclasda 35 deputatdan 23-ü iştirak edib.
“Rusiya hüquqi şəxslərinin Abxaziya ərazisində investisiya layihələrinin həyata keçirilməsinə dair sazişin ratifikasiyası haqqında qanun layihəsi keçmədi”, – parlamentin spikeri Laşa Aşuba bildirib. 23 deputatdan 21-i ratifikasiyanın əleyhinə səs verib, ikisi isə bitərəf qalıb.
Deputat Kan Kvarçia Abxaziyanın baş nazirinin müavini, iqtisadiyyat naziri Kristina Özqana etimadsızlıq səsverməsinin elan edilməsi ilə bağlı sənəd hazırlamağı təklif edib. Onun fikrincə, bu, “respublika üçün köləlik müqaviləsi”dir.
E.ŞİRİNOV