Baş nazir Nikol Paşinyan parlamentdə bildirib ki, Ermənistan vətəndaşları region ölkələri ilə mövcud münaqişələrə görə 90-cı illərdən ölkəni tərk edirlər.
Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.
"90-cı illərin əvvəllərindən biz davamlı olaraq miqrasiyadan danışır, müxtəlif səbəblər göstəririk: hüquqi, sosial ədalətsizlik, biznes mühiti, infrastrukturun olmaması. Bunlar düzgün səbəblərdir, lakin səbəblərin maksimum 20%-ni təşkil edir. Nəhayət, etiraf edək ki, miqrasiyanın əsas səbəbləri bizim ətraf mühitlə ziddiyyətli münasibətlərimiz, regional siyasətimizdir”, - deyə o, Azərbaycan və Türkiyə ilə münasibətlərə toxunub.
O, həmçinin əlavə edib ki, “hökumətinin siyasəti sayəsində” (Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması – TASS-ın qeydi) “dövlətin qarşısında duran vəzifələr qismən həll olunub, lakin yeni problemlər yaranır”.
E.ŞİRİNOV