Cənubi Koreyanın Milli Assambleyasında çoxluğa nəzarət edən müxalif Toburo Demokratik Partiyası dekabrın 7-də prezident Yoon Seok-yeol-un impiçmenti ilə bağlı təklifə səs verməyi planlaşdırır.
Tezadlar.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
“Dekabrın 7-də saat 19.00 radələrində impiçmentlə bağlı səsvermənin keçirilməsi qərara alınıb”, – agentlik partiya nümayəndəsinin sözlərindən sitat gətirib.
Təşəbbüs təsdiqlənərsə, iş baxılması üçün Konstitusiya Məhkəməsinə gedəcək.
Cənubi Koreyada müxalifət partiyaları yerli vaxtla dekabrın 5-də gecə yarısından sonra parlamentin plenar iclasında dövlət başçısına qarşı impiçment proseduruna başlayıb. Hüquqi qaydalar səsvermənin plenar iclasdan sonra 24 saatdan gec olmayaraq və 72 saatdan gec olmayaraq keçirilməsini tələb edir.
Yoon Seok-yeol çərşənbə axşamı ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. Hakim Xalq Gücü partiyası və müxalifət onun hərəkətlərini konstitusiyaya zidd adlandırıb.
E.ŞİRİNOV