İsrail Müdafiə Qüvvələri Qəzza zolağının Xan Yunis şəhərinin humanitar zonasında keçirdiyi xüsusi əməliyyat nəticəsində Fələstinin radikal HƏMAS hərəkatının bir neçə yüksək rütbəli komandirini məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirilməsi İdarəsi (FƏFƏİ) məlumat yayıb.
“HƏMAS humanitar zonadan terror fəaliyyətləri üçün istifadə etməyə davam edir. Bu gün İsrail Müdafiə Qüvvələri Xan Yunis humanitar zonasında terror fəaliyyəti həyata keçirən yüksək vəzifəli HƏMAS terrorçularını məhv edib. İkinci dərəcəli partlayışlar müəyyən edilib ki, bu da ərazidə silahların olmasını ehtimal edir”, - məlumatda bildirilir.
FƏFƏİ qeyd edib ki, İsrail hərbçiləri mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün bir sıra tədbirlər, o cümlədən dəqiq idarə olunan hərbi sursatlardan istifadə və hava kəşfiyyatı həyata keçirib.
E.ŞİRİNOV