Dekabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Quba şəhərində yerləşən Hacı Cəfər, Cümə, “Ağ məscid”, Ərdəbil və Səkinəxanım məscidlərini ziyarət edib.

Tezadlar.az xəbər verir ki, Ramin Məmmədov ibadət yerlərində fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı xalqımızın əsrlərboyu yaşatdığı dəyərlərin, ənənələrin qorunmasının əhəmiyyəti, eləcə də bu istiqamətdə görülən işlər barədə danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu ənənənin davamı olaraq Prezident cənab İlham Əliyev milli-mənəvi dəyərlərimizin təbliğ və təşviq edilməsini daim diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə genişmiqyaslı fəaliyyət göstərir, əhəmiyyətli layihələr həyata keçirir.

Milli-mənəvi dəyərlərin gələcək nəslə aşılanmasının önəminə də toxunan Komitə sədri vurğulayıb ki, gənclərin vətənpərvərlik hisslərinin inkişaf etməsində, milli kimliklərinin formalaşmasında bu dəyərlər özünəməxsus rola malikdir. Din xadimləri bu baxımdan xüsusi fəallıq nümayiş etdirməli, milli mentalitetimizə yad olan ideologiyaların yayılmasına qarşı mübarizədə ön sıralarda yer almalıdırlar.

Din xadimləri ibadət yerlərinin tarixi barədə məlumat veriblər. Dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN