Gürcüstan müxalifətinin liderlərindən biri Levan Tsutskiridze ölkədə bir həftədən artıqdır ki, davam edən etiraz aksiyaları ilə bağlı məqsədlərini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, onun sözlərini yerli “Formula” nəşri yazıb.
“Ümumilikdə gürcü müxalifətçi iki əsas məqsəd müəyyən edib. Birincisi, Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinin tanınmaması və yeni səsvermənin təyin edilməsidir. İkinci məqsəd isə “siyasi məhbusların, gənclərin dərhal azadlığa buraxılmasıdır”, -Tsutskiridze bildirib.
Gürcü müxalifətçi əlavə edib ki, bu məqsədlərə nail olmaq ölkəni siyasi böhrandan çıxaracaq. Tsutskiridze bəyan edib ki, bu, Gürcüstan müxalifətinin ümumi proqramıdır.
Bundan əvvəl hakim “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze respublikadakı etiraz aksiyalarının məqsədinin dövlət çevrilişi olduğunu bildirmişdi.
"Bütün hərəkətlər xarici qüvvələr tərəfindən planlaşdırılan və həyata keçirilən ssenarinin bir hissəsi idi", - Gürcüstan hakimiyyətinin nümayəndəsi bildirib.
E.ŞİRİNOV