İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Yaqub Rezazadə Suriya prezidenti Bəşər Əsəd və ailəsinin Dəməşqdən qaçması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Tezadlar.az xəbər verir ki, bu barədə İranın “Tasnim” dövlət agentliyi məlumat yayıb.
Parlamentarinin sözlərinə görə, Suriya Ərəb Respublikasının rəhbəri Dəməşqdədir. Rezazadə bildirib ki, bir gün əvvəl Suriya lideri İranın ali liderinin müşaviri Əli Laricani ilə görüşüb.
Dekabrın 6-da “The Wall Street Journal” öz mənbələrinə istinadən yazıb ki, Misir və İordaniya rəsmiləri Əsədə Suriyanı tərk etməyi və müxalifət nümayəndələrinin də daxil olduğu müvəqqəti şura yaratmağı təklif ediblər.
Qeyd edək ki, Suriya üsyançıları və yaraqlıları noyabrın 27-də səhər saatlarında hökumət qüvvələrinin nəzarətində olmayan şimal-qərb İdlib əyalətinə genişmiqyaslı hücuma başlayıblar. Dekabrın 6-da Suriya hərbçiləri ölkənin şərqindəki eyniadlı bölgənin paytaxtı Deyr əz-Zoru tərk ediblər. Şəhər əvvəllər vilayətin yalnız bir hissəsini işğal edən kürd qüvvələrinin nəzarətinə keçib.
Suriyadakı Rusiya hərbçiləri yaraqlıların hücumunu dəf etmək, onların mövqelərinə və təchizat xətlərinə zərbələr endirməkdə iştirak edir.
E.ŞİRİNOV