Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa deyib ki, o, Ukraynadakı münaqişəni sona çatdırmaq üçün tələsmək istəmir.

Tezadlar.az xəbər verir ki, o, bu barədə “Le Parisien” jurnalına müsahibəsində danışıb.

“Tramp mənim Ukraynanın ziyanına heç bir yerə tələsməmək istəyimi bilir”, - deyə Zelenski bildirib.

Siyasətçi onu da qeyd edib ki, Tramp hələlik münaqişə ilə bağlı bütün lazımi məlumata, xüsusən də kəşfiyyat məlumatlarına, Pentaqona və diplomatiyaya çıxış əldə edə bilmir.

“O, Ağ Evdə olanda biz eyni dildə, eyni səviyyədə məlumatla danışa biləcəyik”, - deyə Zelenski izah edib.

Eyni zamanda o, Kiyevin ABŞ ilə əlaqələrinin vacibliyini vurğulayaraq, ABŞ-ı münaqişədə “əsas donor” adlandırıb.

Siyasətçi əlavə edib ki, bir çox dünya liderlərinin çağırışlarına baxmayaraq, Kiyev təslim olmaq fikrində deyil. Zelenski həmçinin etiraf edib ki, hərbi əməliyyatların və Moskva ilə razılaşmaların “dondurulmasında” şəxsən özü üçün təhlükə görür.

Trampın özü bir müddət əvvəl Fransa prezidenti Emmanuel Makron və Vladimir Zelenski ilə görüşündə deyib ki, indi ABŞ-ın Kiyevə yardımı Co Baydenin dövründəki həcmdə göstərilməyəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN