Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsi zamanı şəhid olan gizir Cəmil Həşimlinin xatirəsinə həsr olunmuş növbəti anım mərasimi keçirilib.
Anım mərasimində şəhidin ailəsi, dostları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər şəhidin həyatından, vətənpərvərliyindən, keçdiyi döyüş yolundan və göstərdiyi şücaət nümunələrindən danışılıblar.
Şəhidin anası Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
Sonda şəhidin həyat yoluna dair videoçarx nümayiş olunub və vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.
E.ŞİRİNOV