Ötən gecə Rusiya hərbçiləri Rusiyanın yeddi rayonu üzərində Ukraynaya məxsus 84 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Növbətçi hava hücumundan müdafiə qüvvələri Rostov vilayəti üzərində səmada ən çox - 36 PUA-nı vurub.

Bryansk vilayəti ərazisi üzərində 21 pilotsuz təyyarə məhv edilib.

Hərbçilər Belqorod vilayətində daha 14, Voronej vilayətində isə 6 pilotsuz təyyarə vurub.

3 PUA Kursk və Tambov vilayətlərinin əraziləri üzərində, biri isə Krasnodar diyarı üzərində səmada məhv edilib.

Bundan əvvəl, cümə axşamı gecəsi Rostov vilayətinin qubernatoru vəzifəsini icra edən Yuri Slyusar bildirib ki, pilotsuz təyyarənin hücumu nəticəsində Novoşaxtinskdəki neft məhsulları zavodunda yanğın baş verib. Onun sözlərinə görə, yanğınsöndürənlər yanğınla mübarizəni davam etdirirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN