Dekabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Mingəçevir ASAN xidmət mərkəzinin birgə təşkilatçılığı ilə ASAN xidmət mərkəzində “Korrupsiyaya qarşı mübarizə hər bir vətəndaşın borcudur” mövzusunda tədbir keçirilib.
Tezadlar.az xəbər verir ki, tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir ASAN xidmət mərkəzinin əməkdaşı Əli Qurbanov, Mingəçevir Dövlət Universitetinin müəllimi İlhamə Məmmədova, Vəkillər Kollegiyasının üzvü Cianşa Ömərov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədr müavini Rizvan Mikayıllı, “Mingəçevir İşıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, eləcə də Mingəçevir Dövlət Universitetinin tələbələri, ASAN xidmət mərkəzinin könüllüləri, din xadimləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Natiqlər mövzunun əhəmiyyətindən danışıblar. Bu gün bəşəriyyətin korrupsiya kimi təhlükəli bir bəla ilə üz-üzə dayandığını və rüşvətxorluğa qarşı mübarizənin mütəşəkkil şəkildə aparıldığını, gəncləri bu sahədə maarifləndirməyin və onlarda sağlam düşüncə tərzini tərbiyə etməyin vacibliyini qeyd ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
R.XUDATQIZI