Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan ehtiyatlı olmağa ümid etməsi ilə bağlı sözləri Almaniyada narahatlıq yaradıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Derwestern” nəşri yazıb.
Nəşr qeyd edib ki, Almaniyada bəziləri Rusiya liderinin bəyanatını təhdid, bəziləri isə bunu dostluq işarəsi kimi qəbul edib. “Bəziləri indi Trampın niyə ehtiyatlı olması ilə maraqlanır”, - materialda deyilir.
Putin Trampla bağlı açıqlamasını bu ilin noyabrında səsləndirib. Rusiya rəhbəri respublikaçının həyatına təkrar cəhdləri şərh edərkən Trampın nəinki ağıllı, həm də diqqətli olduğuna ümid etdiyini bildirib.
Tramp daha əvvəl demişdi ki, Putinin Ukrayna və onun sülh yolu ilə həlli ilə bağlı hərəkətə keçməsinin vaxtı çatıb.
E.ŞİRİNOV