8 il əvvəl Ankarada qətlə yetirilən səfir Andrey Karlovun şərəfinə Rusiya səfirliyində anım mərasimi keçirilib.

Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, mərasimdə müxtəlif ölkələrin diplomatik missiyalarının nümayəndələri, jurnalistlər və ictimai xadimlər iştirak ediblər.

Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Aleksey Erxov, Belarusun Ankaradakı səfiri Viktor Rıbak Türkiyədə akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri ilə birlikdə Karlovun abidəsi önünə gül dəstələri qoyublar.

"Bu gün həmkarımız və yoldaşımız Andrey Gennadyeviç Karlovu bizdən uzaqlaşdıran dəhşətli terror aktının səkkizinci ildönümündə biz bu xeyirxah və parlaq insanın xatirəsini ehtiramla yad edirik", - Erxov mərasimdə deyib.

Xatırladaq ki, Karlov 2016-cı il dekabrın 19-da Ankarada “Rusiya Kalininqraddan Kamçatkaya səyahətçinin gözü ilə” fotosərgisinin açılışı zamanı güllələnib. Atəş açan türk polisi Altıntaş olub və o, Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Karlov ölümündən sonra Rusiya Qəhrəmanı adına layiq görülüb.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN