Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbindəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb.
Tezadlar.az xatırqladır ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən 71 nəfərdən 6-sı müəllim və laborant, digərləri isə məktəblilərdir. Zərərçəkənlərdən 6-nəfərinin vəziyyəti kafi və orta-ağır qiymətləndirilib. Digərlərinin vəziyyəti isə kafi və normal olub. Tovuz Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir. Faktla bağlı Tovuz rayon Porokurorluğu tərəfindən araşdırma aparılır.
XXX
Tovuzda şagirdlərin tüstüdən zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat xidmətindən "Təzadlar"ın sorğusuna cavab olaraq bildirilib ki, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır. Xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.