Dekabrın 24-də müəssisədə baş vermiş partlayışdan sonra “Lesmash Corporation” MMC-nin yığma sexinin rəisi saxlanılıb.

Tezadlar.az bu barədə Rusiya Federasiyasının Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə regional İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Abakanda şirkət işçilərinin ölümü və xəsarət alması ilə bağlı aparılan cinayət işi çərçivəsində “Lesmash Corporation” MMC-nin montaj sexinin rəisi saxlanılıb”, - məlumatda deyilir.

Hazırda müstəntiqlər axtarışlar aparır, saxlanılan şəxsin təqsirinin dərəcəsini aydınlaşdırmağa kömək edəcək sənədləri götürürlər.

Xatırladaq ki, əvvəllər partlayışla bağlı “İş zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində iki və daha çox şəxsin ölümü” maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, zavodda baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN