Sankt-Peterburqda 16 yaşlı qız dostu ilə spirtli içki qəbul edərək ölüb.

Tezadlar.az bildirir ki, bu barədə REN TV-dəki mənbə məlumat verib.

“25 yaşlı gəncin sözlərinə görə, dekabrın 22-də axşam saatlarında araq içiblər. Evə qayıtdıqdan sonra yeniyetmə özünü pis hiss edib və yatıb. Dekabrın 23-də saat 16:00 radələrində gənc oğlan onun nəfəs almadığını görüb və təcili yardım çağırıb”, – həmsöhbət deyib.

Həmçinin, mərhumun dostunun dediyinə görə, onlar 2024-cü ilin oktyabrından kommunal mənzildə birlikdə yaşayıblar. Qız valideynləri ilə ünsiyyət qurmayıb.

Həmin şəxs xırda xuliqanlıq maddəsi ilə inzibati qaydada saxlanılıb. Qızın ölüm səbəbi müayinələrdən sonra müəyyənləşəcək. Faktla bağlı “Ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi başlanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN