Türkiyə Suriyanı özünün protektoratına çevirmək istəyir, lakin Ankara İsrailin regional ambisiyaları və ərəb respublikasının əhalisinin ona nəzarəti rədd etməsi ilə üzləşə bilər.

Tezadlar.az  “RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Semyon Bağdasarov deyib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün Suriyanı istəyir. Ona görə də indi o, İsraildən respublika ərazisini tərk etməyi tələb edir, həm də Dəməşqin əli ilə kürd muxtariyyəti ilə məşğul olmaq istəyir”, - ekspert deyib.

Eyni zamanda, Bağdasarov Türkiyənin də Suriyanın iqtisadi yenidən qurulmasına nəzarəti öz üzərinə götürmək istədiyini vurğulayıb. Onun sözlərinə görə, buna Türkiyə liderinin xarici siyasət fəaliyyətindən öz maraqları üçün fəal şəkildə istifadə edən Qətər kömək edə bilər.

Bundan əvvəl məlum olmuşdu ki, Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin tərəfdarları Suriyanın yeni hökumətinin altı nümayəndəsini sıradan çıxarıblar.

Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib ki, yeni rəhbərlik minlərlə məhbusa qarşı özbaşına qərarlar verməkdə ittiham olunan keçmiş Əsəd hökumət rəsmisini həbs etməyə çalışarkən öldürülüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN