ABŞ-ın hazırkı prezidenti Co Bayden Rusiyanın Ukraynanın hərbi-sənaye kompleksinə və ölkənin enerji infrastrukturuna hücumlarından qəzəblənib.

Tezadlar.az xəbər verir ki, Baydenin sözlərini “The Hill” qəzeti yazır.

“Biz hesab edirik ki, bu dəhşətli hücumun məqsədi ukraynalıları qışda istilik və elektrik enerjisindən məhrum etməkdir. Bu, ölkənin enerji sisteminin təhlükəsizliyinə xələl gətirmək cəhdi idi”, - Amerika lideri qeyd edib.

Baydenin sözlərinə görə, dünya Birləşmiş Ştatlar ilə birlikdə Ukraynaya “münaqişədə qalib gələnə qədər” yardım göstərməyə davam etməlidir. Bundan əlavə, siyasətçi vurğulayıb ki, Vaşinqton “Kiyevin mövqelərini gücləndirmək üçün yorulmadan çalışmağa” davam edəcək.

Dekabrın 25-də Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji obyektlərinə və hərbi sənaye kompleksinə kütləvi hücuma keçib. Partlayışlar Kiyev, Xarkov, Kremençuq, Dnepropetrovsk, Krivoy Roq və İvano-Frankovsk vilayətində baş verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN