İran nüvə silahı yaratmaq üçün daha sürətli yol üzərində işləyir.

Tezadlar.az xəbər verir ki, bu barədə “New York Times” hazırkı və təqaüddə olan amerikalı məmurlara istinadən yazır.

Nəşrin mənbələrinə görə, kəşfiyyat məlumatları göstərir ki, iranlı alimlər toplanmış nüvə yanacağı ehtiyatlarını tez bir zamanda silaha çevirmək üçün yollar axtarırlar. Onlar ABŞ Co Bayden administrasiyasının son aylarında toplanıb və Donald Trampın rəhbərlik etdiyi yeni administrasiyaya təhvil verilib.

“İran artıq dörd və ya beş silah istehsal etmək üçün 60%-ə qədər zənginləşdirilmiş yanacaq istehsal edib. Lakin uranın zənginləşdirilməsi kifayət deyil. İllərdir ki, ABŞ rəsmiləri bu yüksək zənginləşdirilmiş uranın ballistik raketə quraşdırıla bilən mürəkkəb döyüş başlığına çevrilməsinin 12-18 ay çəkəcəyini deyirdilər”, - məqalədə qeyd edilir.

Bununla belə, ABŞ rəsmiləri deyirlər ki, İran daha tez hazırlana biləcək köhnə tipli nüvə silahları yaratmaq üçün bilik və təcrübəyə malik olduğuna dair sübutlar var.

Qəzet iddia edir ki, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu arasında görüş zamanı məsələ qaldırılacaq.

Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian Tehranda Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə görüşüb. Danışıqlar zamanı Pezeşkian deyib ki, İslam Respublikasının nüvə silahı yaratmaq niyyəti yoxdur.

Eyni zamanda, 2024-cü ilin oktyabrında İranın İsrailə zərbə endirməsindən sonra Təl-Əvivin İranın nüvə obyektlərinə zərbə endirmək planlarına dair məlumatlar ortaya çıxdı. ABŞ və İsrailin digər Qərb müttəfiqləri buna qarşı çıxıblar. Daha sonra bir qrup iranlı parlamentari İsrailin təhdidlərinə cavab olaraq nüvə silahının yaradılmasına icazə verilməsi üçün ölkənin Təhlükəsizlik Şurasına müraciət edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN