Müstəntiqlər Moskvada Donetsk Xalq Respublikasının Boks Federasiyasının rəhbəri Armen Sarkisyanın öldüyü "Qırmızı yelkənlər" yaşayış kompleksində baş verən partlayışda əli ola biləcək şübhəlilərin dairəsi araşdırırlar.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a fövqəladə hallar xidməti məlumat verib.

"Hazırda şübhəlilərin dairəsi yaradılır, o cümlədən şahidlərin ifadələri, müşahidə kameralarının məlumatları və digər materiallar əsasında istintaq Sarkisyanın qətlinin bir neçə versiyası üzərində işləyir; cinayət yerindən tapılan partlayıcı qurğunun elementləri ekspertizası üçün göndərilib”, - agentliyin mənbəsi bildirib.

Onun sözlərinə görə, hazırda yaşayış kompleksinin özündə istintaq hərəkətləri aparılır.

Xəbər verdiyimiz kimi, "Qırmızı yelkənlər" yaşayış kompleksində partlayış fevralın 3-də səhər saatlarında baş verib. İlkin məlumatlara görə, onun məqsədi Donetsk Xalq Respublikasının Boks Federasiyasının rəhbəri Armen Sarkisyanı öldürmək olub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, sonradan dünyasını dəyişib. Onun mühafizəçisi də həlak olub, daha üç nəfər yaralanıb. Bu faktla bağlı iki və ya daha çox şəxsin ictimai təhlükəli şəkildə qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN