ABŞ prezidenti Donald Trampın Ukraynanın təbii sərvətlərindən hərbi yardım müqabilində istifadə etməsi ilə bağlı sözləri eqoistlikdən irəli gəlir.

Tezadlar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bildirib. Onun sözlərini “Merkur” qəzeti sitat gətirib.

“Xarici müdafiə yardımını maliyyələşdirmək üçün Ukraynanın resurslarından istifadə etmək çox eqoistlik olardı. Məsələ ondadır ki, ukraynalılar öz ölkələrinin yenidən qurulmasını maliyyələşdirə bilsinlər", - siyasətçi qeyd edib.

Şoltsun sözlərinə görə, Ukraynanın yenidən qurulması “böyük işdir” və münaqişə həll olunandan sonra ölkənin resursları “lazım olan hər şeyi maliyyələşdirmək üçün istifadə edilməlidir”.

Bundan əvvəl Tramp ABŞ-ın Ukraynadan nadir torpaq metalları almaq istədiyini bildirmişdi. O, Vaşinqtonun Kiyevə yardımı müqabilində bu resursları almaqda maraqlı olduğunu bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN