Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə “Azərsu” ASC-nin Ağcabədi Sukanal sahəsinin rəhbərliyi tərəfindən həmin idarənin işçisinin döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, idarənin işçisi Tural Bayramovun döyülməsi ilə bağlı paylaşılan məlumatlar Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb: “Müəyyən edilib ki, həmin şəxs Yevlax rayon sakini Taleh Bayramovdur. Onun döyülməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Taleh Bayramov sosial şəbəkələrdə paylaşılan şəklin ona aid olmadığını və hazırda öz işinə davam etdirdiyini bildirib”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN