booked.netbooked.net booked.net  

Bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyinin (KTN) “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktoru vəzifəsinə təyinat barədə mətbuatda məlumatlar dərc olundu. Bu vəzifəyə iddialı olan, amma adı bir sıra korrupsiya və dələduzluq əməllərində hallanan Zamin Məmmədov iddiasında haqlı çıxdı. Belə ki,  Zamin Məmmədov kənd təsərrüfatı naziri İnam Kərimovun 1 iyun 2021-ci il tarixli əmri ilə bu vəzifəyə təyin edildi.

Nazirin bu təyinatı bir daha təsdiqlədimi ki, Kənd Təsərrüfatı Nazirliyində “islahatlar”, sadəcə, kimlərinsə maraqlarına uyğun qaydalarla idarə edilir?!

Deyə bilmərik. Amma onu bilirik ki, “Təzadlar”ın elektron poçtuna daxil olan məlumatlarda bildirilir ki, yeni iş yerinə 10-KK-100 seriyalı son model “Land Rover” markalı avtomobili ilə gələn Zamin Məmmədov özü barəsində məmur yox, əsl oliqarx təəssüratı yaratmaqdadır. Yeni direktor Beyləqandakı Dövlət Aqrar-İnkişaf Mərkəzinin (DAİM) binasında işçilərlə qısamüddətli söhbətdən sonra təcili Bakıya gedəcəyini və paytaxtda yeni tikdirdiyi obyektinin inşasını tamamlayıb geri qayıdacağını da bildirib. O da bəlli olur ki,  “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Fəda Abbasov ilk günlər Zamin Məmmədovun o vəzifəyə təyin olunmasına qarşı çıxsa da, indi mövqeyini 180 dərəcə dəyişərək, öz müavini Rövşən Əliyevi yeni direktorun təsir dairəsinə salıb.

O da bildirilir ki, Zamin Məmmədovun sağ əli sayılan Vaqif İsmayılov və digərləri Mərkəzi Aran Regional İdarəsinin təsir dairəsində olan əkinəyararlı torpaq sahələrinə göz qoyublar. Qeyd edək ki, Mərkəzi Aran Regional İdarəsinin münbit torpaqlarında gözü olan məmurlardan biri də Zamin Məmmədovun təsirinə yatımlı olan “Azəraqrar” direktorunun yeni müavini Rövşən Əliyevdir. Rövşən Əliyevi isə bölgədə tanımayan yoxdur. O, İmişli Şəkər Zavodunda çalışdığı müddətdə yol verdiyi ciddi nöqsanlara görə “Azərsun” Şirkətinin rəhbərliyi tərəfindən sərt cəzalandırılıb və işini itirib.

Beləliklə, hər halda, nazir İnam Kərimov belə təyinatlarda əmrini verəcəyi kadrların barəsində lazımi məlumata malik olmalıdır ki, sonradan bəlli nöqsanlar da ortaya çıxmasın...

Səbuhi

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN