Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları qanunsuz yolla ölkəyə gətirilməsinə cəhd göstərilən müxtəlif məhsullar aşkar ediblər.

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “DAF” markalı yük-nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

DGK-dan TEZADLAR.AZ-a bildirilib ki, sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı, nəqliyyat vasitəsinin arxa yük yerindəki çənin içərisində sellofan torbaların və karton qutuların olduğu müəyyən edilib.

Yoxlama zamanı 74 500 ədəd inyeksiya vasitəsinin ucluqları, 49 600 ədəd müxtəlif markalı siqaretlər, 3980 qutu elektron siqaret, üzərində “Azərbaycan Respublikası, alkoqollu içkilər, idxal” yazıları olan 20 000 ədəd aksiz markaları, 24 ədəd müxtəlif markalı mobil telefonlar və 17 ədəd qidalandırıcı cihaz , 6 ədəd smart saat, 55 ədəd kabelsiz əlaqə vasitəsi(ratsiya) və qidalandırıcı cihaz aşkarlanıb.

 Faktla bağlı araşdırma aparılır.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN