İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyinin binası qarşısında etiraz olaraq özünü yandırmağa cəhd edib.

DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, vətəndaş Bəxtiyar Hacıyev şikayət əsasında aparılan araşdırmaya etiraz edərək bu gün saat 14:30 radələrində özünə məxsus avtomobillə nazirliyin inzibati binasının qarşısına gəlib: “Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar".

Qeyd olunub ki, Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb.
Hazırda araşdırma davam etdirilir.
E.ŞİRİNOV
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN