Ukrayna hərbçiləri Rusiya hərbi texnikasının Qostomel yaxınlığındakı ponton körpüsü ilə İrpen çayını keçmək cəhdinin qarşısını alıblar.

CNN-in xəbərinə görə, bunu Maxar Technologies-in yeni peyk görüntüləri  göstərir.

Körpü ilk dəfə cümə axşamı, martın 10-da Maxarın peyk fotolarında  görünüb.  Martın 13-də əlavə edilən fotoda isə dağıdılmış ponton körpüsü və yaxınlıqda dayanan Rusiya hərbi texnikası əks olunub.

İrpendə olan Ukrayna hərbçiləri Rusiyanın paytaxt Kiyevə doğru irəliləməsini indiyədək dəf edib. İrpen çayı üzərindəki əsas körpü  Rusiya qüvvələrinin irəliləyişinin qarşısını almaqdan ötrü dağıdıldığından, çay rus ordusuna ciddi maneə yaradır.

Ponton körpü  İrpin çayı üzərindəki əsas körpüdən, təxminən səkkiz kilometr şimalda - açıq sahədə yerləşirdi.

UNİAN-ın məlumatına görə, bu, rusların nəqliyyat vasitələrinin hərəkəti üçün ponton körpüsü tikdiyi ikinci məlum yerdir.

Həmçinin qeyd edilir ki, işğal başlamazdan əvvəl Rusiya Çernobılın qadağa zonasında Pripyat çayı üzərində ponton körpüsü tikdi, sonra isə onun üzərindən onlarla hərbi texnika keçirdi.

Qeyd edək ki, daha əvvəl İrpində rusiyalı hərbçilərı “New York Times” qəzetinin müxbirini güllələyib, daha bir jurnalist yaralanıb. İndi təhlükəsizlik səbəbi ilə jurnalistlərin şəhərə girişi qadağan edilib.

Xatırladaq ki, Ukraynaya qoşun yeridilməzdən bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin “LXR” və “DXR”-ni tanıyan fərmanlar imzaladı.

İki gün sonra - fevralın 24-ü Moskva vaxtı ilə səhər saat 5:30-da Vladimir Putin  Ukraynada “xüsusi əməliyyat”ın başladığını elan etdi. Və qeyd etdi ki, RF “Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcək”.

Bu  gün Ukraynada başladılan müharibənin 19-cu günüdür. İndiyədək Ukrayna və Rusiya nümayəndə heyətinin 3 dəfə görüşməsinə baxmayaraq, müharibənin dayandırılması üçün razılaşma əldə edilməyib.

Artıq Ukrayna və Rusiya arasında görüşün 4-cüsü də başlayıb. Bu barədə Ukrayna prezidenti aparatı rəhbərinin müşaviri Mixail Podolyak tviterdə yazıb.

Görüşün müsbət sonluqla nəticələnəcəyinə ümid edirik...

JASMİN

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN