Ukrayna Baş Qərərgahının bu gün yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələri 2 gün ərzində təxminən 500 hərbçisini itirib.

Fevralın 24-dən martın 20-dək Rusiyanın döyüş itkiləri təxminən 14,7 min nəfərə yüksəlib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.

 Bundan əlavə, Rusiyanın  476 ədəd  tank, 1487 zirehli texnika, 230 artilleriya sistemi, 74 - MLRS, 44 - hava hücumundan müdafiə sistemləri, 96- təyyarə, 118 - helikopter, 947 - nəqliyyat vasitəsi, 3 - gəmi və qayıq, 60 - yanacaq-sürtkü materialları olan çən, 21 - əməliyyat-taktiki səviyyəli PUA və 12 ədəd xüsusi texnikasını itirdiyi qeyd edilib.

Əlavə edilib ki, məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyinə görə çətinləşib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının martın 18-dək olan məlumatına görə, Rusiyanın Ukraynada 14,2 min nəfər hərbçisi həyatını itirmişdi.

 Qeyd edilirdi ki, Rusiya fevralın 24-dən martın 18 -dək - 450 tank, 1448  zirehli texnik, 205  artilleriya sistemi, 72 ədəd MLRS, 43 ədəd hava hücumundan müdafiə sistemi, 93 təyyarə, 112 helikopter, 879 nəqliyyat vasitəsi,  3 gəmi və qayıq, 60 yanacaq-sürtkü materialları olan çən, 12 əməliyyat-taktiki səviyyəli PUA, 11 ədəd  isə xüsusi texnikasını itirib.

 Martın18-dən 20-dək olan məlumatı daha da dəqiqləşdirsək - 2 gün ərzində (Baş Qərərgah əvvəlki məlumatı 18-i verib) Rusiya təxminən  daha 500 əsgərini, 26 tankını, 39 zirehli texnikasını, 25 artilleriya sistemini, 2 ədəd MLRS-ni, 1 ədəd hava hücumundan müdafiə sistemini, 3 təyyarəsini, 6 helikopterini, 68 nəqliyyat vasitəsini, 9 əməliyyat-taktiki səviyyəli PUA-nı, 1 ədəd isə xüsusi texnikasını itirib.

Başqa hərbi texnika və sursatların sıradan çıxarılma sayında itki qeydə alınmayıb.  

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN