ABŞ-ın Dumas şəhərində (Arkanzas ştatı) avtoşouda baş verən atışma nəticəsində azı bir nəfər ölüb.
TASS xəbər verir ki, Arkanzas polisi azı 10 nəfərin yaralandığını təsdiqləyib.
Ölənlərin sayının artacağı istisna olunmur.
Hələlik hadisənin kim tərəfindən və hansı səbəblərlə baş verdiyi haqqında məlumat verilmir.