Bakının Xətai rayonunda 1966-cı il təvəllüdlü Ramil kemçiş arvadı Səliməyə (adlar şərti verilib – red.) bu ilin yanvarın 11-də xəsarət yetirib.

Rayonun NZS qəsəbəsi Mingəçevir küçəsində fəaliyət göstərən “Kosmos” marketin yanında Ramil keçmiş arvadı ilə məişət zəminində mübahisə edib.

Yaranmış mübahisə zamanı Ramil üzərində gəzdirdiyi ülgüclə qəsdən onun üz nahiyəsindən vurub. Ona alın və burun nahiyəsinin kəsilmiş yaraları kimi ümumilikdə sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Ramilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. Məhkəmə araşdırması aparılan dövrdə Ramilin intihar etdiyi məlum olub.

Bu səbəbdən məhkəmə araşdırması zamanı Ramilin oğlu Vidadi varis qismində ifadə verib. O bildirib ki, atası bu ilin fevralın 3-də özünü qaz borusundan asaraq intihar edib.

Vidadi atasının barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verlməsini məhkəmədən xahiş edib.

Məhkəmənin qərarı ilə Ramilin barəsində olan cinayət təqibinə xitam verilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN