4 GÜN ƏRZİNDƏ DAHA 1100 ƏSGƏR, 54 TANK, 12 TƏYYARƏ VƏ DAHA NƏLƏR...

Ukrayna Baş Qərərgahının martın 24-ü yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələri müharibə başlayandan bəri (fevralın 24-dən martın 23-dək) 15800 nəfər canlı qüvvəsini itirib.

Baş Qərargahın yaydığı məlumatda bildirilir ki, ümumi döyüş itkiləri təxminən belədir:

 Şəxsi heyət -15800 nəfər,  tank - 530 ədəd, zirehli texnika (döyüş maşınları) - 1597 ədəd, artilleriya sistemləri - 280 ədəd, MLRS - 82 ədəd, hava hücumundan müdafiə sistemləri - 47 ədəd, təyyarə - 108 ədəd, helikopterlər - 124 ədəd, nəqliyyat vasitəsi - 1033 ədəd,  gəmi və qayıq - 4 ədəd, yanacaq və sürtkü yağları olan çənlər - 72,  əməliyyat-taktiki səviyyəli PUA  – 50 ədəd, xüsusi texnika – 16 ədəd.

Qeyd edilir ki, məlumatlar dəqiqləşdirilir.

Xatırladaq ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 24-dən martın 20-dək Rusiyanın, təxminən 14,7 min nəfər canlı qüvvəsini itirdiyini qeyd etmişdi.

 Bundan əlavə, Rusiyanın  476 ədəd  tank, 1487 zirehli texnika, 230 artilleriya sistemi, 74 - MLRS, 44 - hava hücumundan müdafiə sistemləri, 96- təyyarə, 118 - helikopter, 947 - nəqliyyat vasitəsi, 3 - gəmi və qayıq, 60 - yanacaq-sürtkü materialları olan çən, 21 - əməliyyat-taktiki səviyyəli PUA və 12 ədəd xüsusi texnikasını itirdiyini də bəyan etmişdi.

 Martın 20-dən 24-dək olan son məlumat əsasında itkiləri daha da dəqiqləşdirsək, 4 gün ərzində (Baş Qərərgah əvvəlki məlumatı 20-si verib) Rusiya, təxminən 1100 əsğərini, daha 54 tankını, 110 ədəd zirehli texnikasını (döyüş maşınları), 50 artilleriya sistemini, 8 MLRS-ini, 3  hava hücumundan müdafiə sistemini, 12 təyyarəsini, 6 helikopterini, 86 nəqliyyat vasitəsini, 1 ədəd – gəmi və ya qayığını, 12 ədəd  yanacaq-sürtkü materialları olan çənlərini, 29 əməliyyat-taktiki səviyyəli PUA -nı, 4 ədəd isə xüsusi texnikasını itirib.

Göründüyü kimi, müharibə yalnız ölüm, təlafat, bədbəxtlik və göz yaşları gətirir...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN