Bakıda gecə klubundakı partlayış zamanı yaralanaraq ilkin tibbi xidmətdən sonra evə buraxılanlardan əlavə, stasionarda müalicə alan daha bir nəfər xəstə də ambulator müalicəyə ayrılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında deyilir.

Bununla da, gün ərzində stasionar müalicəyə qəbul olunub ambulator müalicə üçün evə buraxılan xəsarət alanların sayı 3-ə çatıb.

Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN