Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumata görə, "Efes-2022" çoxmillətli təlimə hazırlıq mərhələsi çərçivəsində hərbi qulluqçularımız dəniz yolu ilə düşmən arxasına sızma, sahil xəttinin minalardan təmizlənməsi, şərti düşmənin sahildə yerləşən hərbi obyektinə basqın və terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri icra ediblər.

Qeyd edək ki, 2022-ci ilin may-iyun aylarında Türkiyə Respublikasının İzmir şəhərində keçiriləcək "Efes-2022" çoxmillətli təliminin dörd mərhələdə keçirilməsi planlaşdırılır.

Bundan başqa, cari il ərzində hərbi qulluqçularımızın digər müxtəlif beynəlxalq təlim və seminarlarda, o cümlədən konfranslarda iştirakı da nəzərdə tutulub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN