Müsabiqə zamanı istismarda olan hər növdə avtomobil texnikalarına gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığı yoxlanılıb.

Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumata görə, müsabiqəyə müxtəlif markalı və təyinatlı minik avtomobilləri, mikroavtobus və avtobuslarla yanaşı, səhra şəraitində əsgərlərin yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğuları, səyyar soyuducular, səyyar tipli çörək zavodları, su çənləri və səhra mətbəxləri də cəlb edilib.

Qeyd edək ki, ən yaxşı nəticəni göstərən hərbi hissələr baxış-müsabiqəsinin sonunda keçici nişanla mükafatlandırılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN