AYSELLƏ FƏRQANƏ O QƏDƏR DƏ VACİB DEYİLDİ...

 Bir həftə olar ki, Bakıda “Location Club”-da partlayış baş verib. Bir gün səhərdən gecə gözümüzü yumub yatana qədər o xəbəri bizə sırıdılar. Halbuki həmin vaxt dünya çalxalanırdı... Qarabağda Şəhidlərimizin qanı tökülən torpaqlarda ermənilər bizim əsgərlərə hücum edirdi, Rusiya Ukraynaya qarşı təcavüzünü davam edirdi, Bakıda Qazilər intihar edirdi, qiymətlər qalxırdı, bir sözlə aləm-dəymişdi bir-birinə. Amma bütün bunlara baxmayaraq hələ də bəzi saytlar qırılıb qalıblar partlayan gecə klubunda. Nə var-nə var cəmiyyətə və hətta özünə xeyri olmayan, gecə həyatı keçirən 3-4 qız yaralanıb. Elə bil böyük bir hadisə baş verib, elə Azərbaycana ağır itki baş verib, elə bil dahi şəxsiyyətlər itirmişik, elə bil bu insanlar Vətən, yaxud din yolunda həlak olublar... Bu neçə günü hər gün Fərqanə, Aysel oynayırıq. Fərqanə Ayseli axtarıb, Aysel Fərqanəni axtarıb... Aysel görün kimi nəvəsi imiş... Fərqanənin partlayışdan 10 dəqiqə əvvəl çəkilişi... Fərqanə belə yaralandı... Ayselin yanına görün kimlər gəldi... Az qala bu iki qızın dişinin sayını, kipriyinin dənəsini, saçını yuduğu şampunun markasını da bizə xəbər kimi sırıyalar... Məgər, oxucu məcburdumu bu cür ucuz və keyfiyyətsiz, mənasız və maraqsız xəbərləri görməyə, gözucu da oxumağa?! Axı, bir insana xas olan utanmaq deyilən bir hiss var... İnsan nə qədər utanmaz və simasız olmalıdır ki, bu cür mənəviyyatsız bir şeyləri paylaşsın...

Məgər, paylaşmağa başqa xəbər yoxdu?! Axı, bunlar heç paylaşılası bir xəbər deyil. Gecənin bir aləmində bir xanımın gecə klubunda nə işi var ki?! Heç kim mənə müasirlikdən dərs keçməyə cəhd etməsin. Çünki müasir düşüncəylə, müasir tələblərlə yaşamaq varkən müasir ttəhsil almaq da var... Müasir zəmanəmizin uşaqları, 1998-2000-ci il təvəllüdlü gənclər Vətən uğrunda Şəhid oldular. Müasirlik bu idi... Müasirlik gecə klublarında qəlyan damağında tüstüyə düşüb boğulmaq deyil...Bizim üçün maraqlı deyil Aysel kimin nəvəsi imiş... Bizə maraqqlı deyil o niyə o vaxt orda imiş. Bizə ona görə maraqlı deyil ki, nəslində-kökündə  onun qeyrətini çəkəsi heç olmasa bir başıpapaqlı var.. Ki, o başıpapaqlı Aysellə Fərqanənin qeyrətini çəkməli idilər. Bu hadisə ölkə gündəmində müəyyən bir səbəbdən maraqlı ola bilərdi. Birincisi, kriminal motivinə görə, ikincisi obyektlərdə nədən təbii qazdan istifadəsinə icazə verilməməsi məsələsinə görə. Amma bu iki qız haqda verilən bu qədər lazımsız məlumatlar əsl lazımlı araşdırılacaq məsələni kölgədə qoydu. Halbuki məntiqli yanaşsaydılar bu cidii məsələləri gündəmdə saxlayardılar.

 Bu məsələ əslində minlərlə insanı narahat edən bir məsələydi. Çünki araşdırma apararaq öyrənmək olar ki,internet paketləri çox da ucuz deyil. Hətta bəzi mobil operatorlar abonentlərin cibinə girir, balansını oğurlayır. Hamının da evində vi-fi yoxdu. Vətəndaş da gündəlik xəbərdən məlumat almaq üçün müəyyən məbləğdə internet paket götürür. İnternetə girən kimi Aysellə Fərqanə xəbəri mb-ni udur... Təsəvvür edin də...

 Hörmətli həmkarlar, xəbəri paylaşarkən bir az məsuliyyətli olun, bir az hörmət edin... Özünüzə hörmət edirsiz edin, öz işinizdir. Amma oxucuya hörmət edin... Kİ, bunu etmək borcun(m)uzdur...

 Sevinc MURADXANLI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN