İraqda ötən cümə axşamından bu günə kimi ölkənin şimalında tüğyan edən qum fırtınası yüzlərlə insan xəstəxanalara yerləşdirilib.

Bu barədə “Haber Global” xəbər verir.

Qeyd edilir ki, şimaldakı Kərkük şəhərində nəfəs darlığı səbəbindən xəstəxanaya ümumilikdə 622, Süleymaniyyə şəhərində isə 95 nəfər xəstəxanaya yerləşdirilib.

Digər tərəfdən, İraq hökumətinin meteoroloqlara hava proqnozu verməyi qadağan edib. İraqın aparıcı meteoroloqlarından Sadik Atiye sosial media hesabında verdiyi açıqlamada hökumətin ona hava proqnozları ilə bağlı proqnoz verməsini qadağan etdiyini bildirib. Qadağanın ölkənin xeyrinə olmadığını deyən meteoroloq İraqın ağır hava şəraiti altında olduğu bu dövrdə verilən qərarın vəziyyəti daha da pisləşdirəcəyi ilə bağlı xəbərdarlıq edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN