Son zamanlar sosial şəbəkələr, saytlar, qəzetlər elə şeylər yazır ki, vallah, adamın heç inanmağı gəlmir.

Bu gün isə, bir şey oxumuşam. Yazırlar ki, guya Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) I kurs tələbəsi olan Əliyeva Günel Süleyman qızı əyani təhsil aldığı halda, onun adını Goranboy SSİ-də katibə ştatında saxlayır...

Buna heç inanmağım gəlmir. Nədən ki, Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov bu özbaşınalığa qorxmadan necə imza ata bilər? Daha sonra yazırlar ki, əldə olunan məlumata görə, torpaqların əkib-becərilməsi üçün Göygölün baş cuvarlığından Goranboya təyin edilən su məmuru əvvəlki iş yerində kifayət qədər korrupsiyaya əli bulaşıb, indi də Goranboydakı kreslosunda oturub katibəsinə qanunsuz maaş yazır.

Bu azmış kimi, İlqar Məhərrəmov cari ilin yanvarında Göygöl rayonunun Çaylı kənd icra nümayəndəliyindən işdən qovulan Səmədov Müşviq Qara oğluna da öz yanında sahə rəisi vəzifəsi verib. Məlumata görə, M.Səmədovun ali təhsil almasına dair diplomu saxtadır və dövlət qulluğu vəzifəsindən də məhz bu səbəbə görə uzaqlaşdırılıb. Lakin o, nədənsə, məsuliyyətə cəlb edilməyib və Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı Turani Əliyev icra nümayəndəsini “öz ərizəsilə” işdən uzaqlaşdırmaqla kifayətlənib.

Hətta yazırlar ki, İlqar Məhərrəmov ötən illərdə meliorativ tədbir adı altında külli miqdarda dövlət vəsaitini Çaylı kəndində adı olub, funksiyası olmayan yararsız nasos stansiyasının mövcudluğunu rəsmiləşdirməklə dağıdıb.

Eləcə də Dozular və Pənahlılar kəndlərinə aid pay torpaqlarını qazaraq vətəndaşların mülkiyyət hüquqlarını pozmaqla Çaylı kəndinə yeraltı borularla su çəkib. Üstəlik də, həmin yeyintini də Çaylının sabiq icra nümayəndəsi “gizlətdiyi” üçün indi də İlqar Məhərrəmov Müşviq Səmədova jest edib. Bunu da hər adam bacarmır.

Mənim inanmağım gəlmədiyi bu sadalananları yazanlar inanır ki, adı kifayət qədər qalmaqallarda və digər xoş olmayan əməllərdə hallanan Göranboy SSİ-nin rəisi İlqar Məhərrəmov barəsində aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görəcəklər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN