Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib.

Rayon rəhbəri əvvəlcə şəhid ailələri və qazilərin müraciətlərini dinləyib və problemlərini həll edib.

Qeyd edəkki, qəbula gələn digər vətəndaşlar Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyan, təmir-bərpa işlərinin düzgün aparılmaması, işlə, Beynəlxalq Qızıl Xaç komitəsi tərəfindən verilən maddi yardımla bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.

Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN