"Lukoyl" kompaniyasının həmsahibi Vahid Ələkbərov, AFK "Sistema" investisiya şirkətinin direktorlar şurasının sədri Vladimir Yevtuşenkov və Rusiya Dəmir Yolları ASC-nin sabiq prezidenti Vladimir Yakunin Böyük Britaniyanın sanksiya siyahısına salınıb.

TASS informasiya agentliyi xəbər verir ki, Rusiyadan, həmçinin qondarma "LXR" və "DXR"-dən olan daha 206 fiziki şəxsin daxil olduğu sənədin yenilənmiş versiyası Böyük Britaniya hökumətinin saytında yerləşdirilib.

"Vahid Ələkbərov "Lukoyl" kompaniyasını idarə etməklə Rusiya hökumətindən faydalanmağa və onu dəstəkləməyə davam edir", - deyə sənəddə bildirilir. Sanksiyaların tətbiq edilməsi, həmçinin Rusiya hökuməti üçün “energetika sektorunun strateji əhəmiyyəti" ilə əsaslandırılır.

Bundan başqa, Ukraynanın "Müxalifət platforması - Həyat naminə" partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçukun adı da Böyük Britaniyanın sanksiya siyahısına daxil edilib.

Ukrinform informasiya agentliyinin məlumatına görə, aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkə ərazisində gizlənən Viktor Medvedçuk saxlanılıb.

Qeyd edək ki, Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi siyahıda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı Mariya, sahibkar Gennadi Timçenkonun həyat yoldaşı Yelena, milyarder Əlşir Usmanovun bacıları Saodat Narziyeva və Gülbahar İsmailova, "Surqutnefqaz"ın sahibi Vladimir Boqdanov, "Ozon"un keçmiş baş direktoru Aleksandr Şulgin, Rusiya Prezidenti Vladimir Putinin müşaviri Andrey Fursenko, "ESN" şirkətlər qrupunun sahibi Qriqori Berezkin, "Transmaşholdinq" Səhmdar Cəmiyyəti direktorlar şurasının sədri Andrey Borkarev, "Qazprombank"ın vitse-prezidenti Sergey Fursenko, sahibkarlar Səid Kərimov, Fərhad Əhmədov və İor Kesayev də var.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN