Aprelin 14-də Nizami rayonunda Vətən müharibəsi şəhidi Zəbiyulla Şahin oğlu Məmmədovun doğum günündə əziz xatirəsi yad olunub.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, rayonun güc strukturlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin Maştağa kəndindəki Şəhidlər xiyabanında məzarını ziyarət ediblər, önünə gül dəstələri qoyublar, ruhuna dualar oxuyublar. Tədbirdə şəhidin atasına Prezident İlham Əliyevin Sərəncamı ilə Zəbiyulla Məmmədovun təltif olunduğu “Suqovuşanın azad olunmasına görə” medalı təqdim edilib.

Sonra şəhidin yaşamış olduğu binanın önündə inşa edilmiş xatirə kompleksinin qarşısında YAP Nizami rayon təşkilatının və şəhidin məzunu olduğu 229 saylı orta məktəblə birgə təşkil etdiyi tədbir keçirilib.

Əvvəlcə şəhid Z.Məmmədovun adını daşıyan sinfin şagirdlərinin yürüşü olub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abidə kompleksinin önünə gül dəstələri düzülüb.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar.

Qeyd ediblər ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin dərin ehtiramla yad edildiyi, onların əziz xatirələrinin daim uca tutulduğu diqqətə çatdırılıb.

Şəhidin atası Şahin Məmmədov çıxış edərək oğlu ilə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Həmçinin şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Tədbirdə məktəblilərin hazırladıqları vətənpərvərlik şeirləri səsləndirilib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin şəhidi Zəbiyulla Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN