Yeni qanuna görə, ölkə prezidentindən də məhkəməyə şikayət verilə bilər.

Ölkə parlamenti üçüncü oxunuşda “Konstitusiya məhkəməsi” haqqında qanuna dəyişiklikləri təsdiqləyib.

Gürcüstan KİV -nin məlumatına görə, qanun layihəsini 83 deputat dəstəkləyib, 6-sı isə əleyhinə olub.

Dəyişikliklərə əsasən, Gürcüstan prezidenti, hökumət, Baş Prokurorluğun fəaliyyəti və ya fəaliyyətsizliyindən Konstitusiya Məhkəməsinə şikayət etmək mümkün olacaq. Məhkəmədə həmçinin Parlament, Ali Ədliyyə Şurası, Milli Bankın şurası, Xalq müdafiəçisi, Baş auditor, muxtar respublikanın Ali Şurası da iddia qaldıra biləcək. Qanun dərc olunduğu gündən qüvvəyə minəcək. Qeyd edək ki, qanunvericiliyə dəyişikliklərin edilməsi təşəbbüsü hakim Gürcü Arzusu Partiyasına məxsusdur. Partiya bu yaxınlarda prezident Salome Zurabişvilinin səfirlərin təyinatı zamanı fəaliyyəti ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət təqdim edə bilməyib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN