Rusiya iki gündür Ukraynanı günahlandırır ki, guya Brayanski Ukrayna tərəfi raket atəşinə tutub və s.

Ukrayna Təhlükəsizlik Xidməti kəşfiyyat məlumatlarına istinadla bildirib ki, Rusiya Federasiyasının özü bunda Ukraynanı günahlandırsa da, Bryansk vilayətinin Klimovo kəndini özü atəşə tutub. Tezadlar.az Ukrayna mediasına istinadla xatırladır ki, "Bunu SBU-nun ixtiyarında olan işğalçıların telefon danışıqlarının son dinləmələri də təsdiqləyir. İndi Donetsk vilayətində olan bir rus işğalçısı arvadına “Bunlar bizim Xerçatlardır” deyə başa salır və bu məlumatı komandirindən alır. Qadının “Axı niyə belə edirsən?” sualına o, belə  cavab verir: "Belə olmalıdır. Biz belə edirik ki, guya xaxollar bizi təxribata çəkir...". 

Bu azmış kimi, həmin hərbçi deyir: "Eyni şeylər Çeçenistan müharibəsində də olub. Moskvada mənzilləri partladıblar, elə bil terrorçudurlar. Əslində, FSB əməkdaşlarıdır. Sadəcə, indi onlar (Ukrayna, - red.) atəş aça bilmirdilər, bunu biz edirik...".

Bu da təxribatçıların əməlləri... Lakin Rusiya komandanlığı hələki bu məxfi danışığa heç bir şərh verməyib...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN