Aprelin 12-də Moskva vilayətinin Lyubertsı Şəhər Məhkəməsində gözlənilməz hadisə baş verib.

19 il əvvəl iki Azərbaycan vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Dərbənd sakinləri Ənvər Babayev və İrzakuli Dadaşov damarlarını kəsərək “bunun üçün dövlət ittihamçısı və hakim şəxsən məsuliyyət daşıyacaq” , - deyə qışqırıblar.

Vəkillər hesab ediblər ki, müvəkkillərinin başqa seçimi yoxdur, çünki hakim Valentina Baxtereva və prokuror Oleq Şçetinin onları müdafiə hüququndan məhrum edir, onlara qətldə iştirak etmədiklərini sübut etməyə imkan vermir.

Bu proses artıq ikinci ildir Moskva vilayətinin Lyubertsı Şəhər Məhkəməsində andlı iclasçıların iştirakı ilə davam edir.

Qeyd edək ki, Dərbənd sakinləri Ənvər Babayev və İrzakuli Dadaşov beynəlxalq axtarışda olan Dərbənd rayonunun sabiq başçısı Zülfidin Cəlilovun qardaşı 19 yaşlı gənci qətlə yetirməkdə ittiham olunurlar.

2003-cü ildə Babayev və Cəlilov azərbaycanlı sakinlər Tofiq Həbibəyli və Elxan Qurbanovun qətli ilə bağlı cinayət işində şübhəli biliniblər. Lakin bir ildən sonra qətllərlə heç bir əlaqəsi olmadığına inanaraq azadlığa buraxılıblar.

2019-cu ilin yanvarında Dadaşov və Babayev evdə axtarış aparıldıqdan sonra saxlanılıb. Polis əməkdaşları onların üzərində silahlar, patronlar və marixuana aşkar ediblər. Hər ikisi iddia edir ki, bu əşyalar onların üzərinə qoyulub və onlardan Dərbənd rayonunun rəhbəri Maqomed Celilovun əleyhinə ifadə verməsi tələb olunub. Amma sonda Tofiq Həbibəyli və Elxan Qurbanovun qətlində təqsirləndirilən şəxs qismində məhkəməyə çıxdılar.

Yeri gəlmişkən, vəkil Şamil Əlixanovun sözlərinə görə, müstəntiqlər üç il əvvəl tapılan silahları və marixuananı bu yaxınlarda xatırlayıb və bu işi reallığa çevirməyə çalışırlar.

Eyni zamanda, Lyubertsı Şəhər Məhkəməsində qətllə bağlı məhkəmə prosesi başa çatmaq üzrədir. Vəkilin sözlərinə görə, hakim Valentina Baxtereva tez bir zamanda debata keçməyə və bu işi başa çatdırmağa çalışır, istintaq zamanı dindirilən müttəhimlər üçün vacib şahidləri prosesə buraxmır. O, müdafiə tərəfinin heç bir vəsatətini təmin etməyib.

Vəkil qeyd edib ki, hakim ilk olaraq andlı iclasçıların iştirakı olmadan şahidləri dindirir, sonra isə onların ifadəsinin əhəmiyyətsiz olduğuna qərar verir və buna görə də onların andlı iclasçıların iştirakı ilə dindirilməsinə imkan vermir. Eyni zamanda, vəkilin sözlərinə görə, Baxtereva müşavirə otağında fasilə zamanı prokurorla bir yerdə oturur.

Əlixanov izah edib ki, prokuror Oleq Şetininin onun müşavirə otağına necə girdiyinin şahidi olub və müdafiəçi bu barədə iclasda danışmağa başlayanda prokuror qışqırmağa başlayıb ki, onlar başqa işi müzakirə edirlər.

Aprelin 12-də hakim Baxtereva məhkəmə prosesinə müdafiə tərəfinə başqa şahid buraxmayıb, daha sonra dəmir qəfəsdə olan Ənvər Babayev və İrzakuli Dadaşov damarlarını kəsərək “bunun üçün dövlət ittihamçısı və hakim şəxsən məsuliyyət daşıyacaq” , - deyə qışqırıblar.

Qohumların və vəkillərin baş verənləri telefonlarının videokameralarına çəkdiyini görən Baxtereva məhkəmə icraçılarından telefonları götürüb videonu silməyi, münsiflər heyətini o biri otaqdan çıxarmağı tələb edib və özü də qanlar içində olan zalı tərk edib.

Növbəti məhkəmə prosesi bu günə - aprelin 15-nə təyin edilib. Vəkil Şamil Əlixanov təqsirləndirilən şəxslər xəstəxanada olduğundan məhkəmənin baş tutmayacağını ehtimal edir.

Bu iş haqqında növbəti yazıda geniş məlumat veriləcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN