Bakıda avtobusda cibgirlik edən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə Binəqədi qəsəbə sakini A.Cabbarovanın 170 manat pulunun, şəxsiyyət vəsiqəsi və bank kartının çantasından oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Manafov müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Binəqədi rayonu ərazisində marşrut avtobuslarında daha bir qadının və bir kişinin ciblərindən pul, bank kartları və sənəd olan pulqabılarını oğurlaması da müəyyən edilib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN