Cənubi Afrika Respublikasının cənub-şərqində yerləşən Kvazulu-Natal əyalətində daşqın nəticəsində ölənlərin sayı 400 nəfəri ötüb.

TASS informasiya agentliyinə istinadən məlumata görə, bu barədə əyalətin İqtisadi inkişaf, turizm və ətraf mühitin mühafizəsi departamentinin rəhbəri Ravi Pillayde bildirib. Departamentin məlumatına görə, daşqın nəticəsində ölənlərin sayı 400 nəfəri ötüb, təxminən 50 nəfər isə itkin düşüb.

Soyuq hava kütlələrinin təsiri altında aprelin 8-dən başlayaraq Cənubi Afrikada qasırğa dolaşır. Təbii fəlakətdən daha çox zərər çəkən ərazi Kvazulu-Nataldır. Orada 4 min inzibati və yaşayış binası tamamilə dağılıb.

Leysan yağışlar aprelin 19-dək davam edəcək.

Ölkənin dörd əyalətində yüksək daşqın təhlükəsi ilə əlaqədar xəbərdarlıq edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN