Ermənistan müxalifəti İrəvanın mərkəzində müddətsiz etiraz aksiyası elan edib.

TEZADLAR.AZ xəbər verir ki, lent.az bu barədə Ermənistan mətbuatına istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu barədə İrəvanın mərkəzindəki Azadlıq meydanındakı mitinqdə müxalifət lideri Artur Vanetsyan bildirib. Axşam saatlarında polis etirazçıların çadır qurmaq cəhdinin qarşısını alıb və bir neçə nəfəri saxlayıb.Bundan sonra Vanetsyan hakimiyyətin çadırların qurulmasına icazə verib-verməməsindən asılı olmayaraq, meydanı tərk etməyəcəyini bəyan edib.

Vanetsyan aksiyada "Mən buradan heç yerə getmirəm”, “qeyri-müəyyən etirazlara başlayırıq” kimi şüarlar səsləndirib. Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyini bildirib.

“Şərəfim var” fraksiyasının lideri və Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Artur Vanetsyan bunun üçün “yol xəritəsi”nin tərtib olunacağını bildirib.

O,əlavə edib ki, əsas vəzifə Paşinyanın istefasıdır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN