Aprelin 18-i saat 23 radələrində Samux rayonunun İstixana qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elşən Sadıqovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Samux Rayon Prokurorluğundan bildiriblər ki, aparılmış araşdırmalarla zərərçəkmişin həmyerlisi, 1973-cü il təvəllüdlü Habil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elşən Sadıqovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Habil Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN